21 Oktyabr 2017 21:59
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib.

Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com