3 Noyabr 2017 15:32
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Qoşaçay şəhərində bələdiyə sədri səyyar satıcını vəhşicəsinə döyüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Mövzu ilə bağlı Qoşaçay prokuroru Muxtar Aslani “Zərrin Xəbər” agentliyinə satıcını dəyənəklə döyən məmurun saxlandığını deyib:

“Səyyar satıcının bələdiyyə məmuru tərəfindən döyülməsi ilə bağlı xəbər yayıldıqdan sonra prokurorluq dərhal hərəkətə keçdi, həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.

Şübhəsiz ki, bu hadisə ictimaiyyətin narahatlığına səbəb olub. Məsələyə məhkəmədə baxılacaq, lakin belə hadisələrin kökü araşdırılmalıdır”.


Müəllif: Samir