4 Noyabr 18:37
154

İranda oğurluqda və qəsdən adamöldürmədə günahlandırılaraq ölüm cəzasına məhkum edilmiş daha 3 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, İran mənbələri adları mediaya açıqlanmayan gənc müttəhimlərdən birinin taksi sürücünü qətlə yetirərək avtomobilini oğurladığını, digər bir müttəhimin isə 50 yaşlı çobanı qətlə yetirdikdən sonra mal-qarasını mənimsəyib bazarda satmaqda təqsirli bilindiyini açıqlayıb. Hər iki müttəhim Məşhəd şəhərinin mərkəzi həbsxanasında edam olunub.

Həmçinin, 5 il əvvəl qətldə günahlandırılaraq məhkum edilmiş daha bir nəfər – 25 yaşlı Məcid Rəmrudi Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərindəki həbsxanada edam edilib.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətdə həyata keçirilən edamların sayına görə dünyada 1-ci yeri tutur.


Müəllif: Səxavət