5 Avqust 2014 16:56

Gürcüstan Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşviliyə yeni ittiham irəli sürüb.

Teleqraf.com İTAR-TASS-a istinadən xəbər verir ki, sabiq prezident 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeriya Gelaşvilinin silahlı hücuma məruz qalması və döyülməsinin təşkilatçılığında təqsirli bilinir. “Gürcüstan Baş Prokurorluğu 2005-ci ildə parlamentin deputatı Valeriya Gelaşvilinin silahlı hücuma məruz qalması və döyülməsinin təşkilatçılığı ilə bağlı Mixail Saakaşvilinin cinayət məsuliyyətinə cəlb olunmasına dair qərar qəbul edib”, deyə Gürcüstan Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edək ki, sabiq prezidentə bundan öncə daha üç ittiham üzrə cinayət işi açılıb. Keçmiş dövlət başçısı 2007-ci ilin noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, “İmedi” teleşirkətinin və biznesmen Badri Patarkatsişvilinin digər əmlakının qeyri-qanuni mənimsənilməsində və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Səxavət


Müəllif:
Загрузка...