13 Fevral 2018 13:32
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarə Los-Anceles beynəlxalq aeroportunda qəfildən yanmağa başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə sərnişin təyyarəsinin uçuşa hazırlaşdığı zaman baş verib.

Olay zamanı təyyarədə 144 nəfər olub. Onlardan bəzilərinin yanıq xəsarəti aldığı bildirilib.

Hadisə nəticəsində təyyarə tamamilə yararsız vəziyyətə düşüb. Yanğına ehtiyat blokda baş vermiş nasazlığın səbəb olduğu açıqlanıb.


Müəllif: Samir