16 Fevral 2018 20:42
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada infarkt keçirən 37 yaşlı Rosangela Almeida dos Santos adlı qadının öldüyünü zənn edən yaxınları onu ənənəyə uyğun olaraq dəfn ediblər.

Teleqraf.com xəbər verir ki, qəbiristanlığın yaxınlığından keçən şəxslər məzardan səs eşitdikləri üçün bu barədə ölü yiyəsinə məlumat veriblər.

11 gün sonra məzarı açılan qadının bədəninin isti olduğu, dırnaqlarının qırıldığı, ayaqlarında qançır yerləri aşkar edilib.

Tibbi-ekspertiza qadının dəfn ediləndən çox sonra öldüyü qənaətinə gəlib. Qadının öldüyü barədə ilkin rəy verən həkimlə bağlı istintaq araşdırması aparılır.


Müəllif: Ayxan