10 Aprel 2018 23:40
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk xalq musiqisinin tanınmış ifaçısı Esat Kabaklı idarə etdiyi avtomobillə qəzaya düşüb.

Teleqraf.com xəbər verir ki, hadisə 64 yaşlı ifaçı İstanbuldan Muğlaya gedərkən Karamanlı yaxınlığında baş verib.

Avtomobil sürətlə maneəyə çırpılıb və yolun əks istiqamətinə düşüb. Hadisə nəticəsində Esat Kabaklının qolu qırılıb.

İfaçı hadisə yerinə çağırılan xilasedicilərin köməyi ilə avtomobildən çıxarılıb və xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com