24 May 2018 10:13
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 09:25-də Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında insident baş verib.

Teleqraf.com xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, gənc oğlan özünü "Həzi-Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.

Bununla bağlı maşinistə məlumat verilib və o, qatarı saxlayıb. Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir.


Müəllif: Mənbə/Report