1 May 2014 12:47
532

Prezident Administrasiyası rəhbərinin müavini, qurumun xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Tvitter sosial şəbəkəsində Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərinə ironiya ilə yanaşıb.

Teleqraf.com xəbər verir ki, PA rəsmisi özünün Tvitter səhifəsində yazıb: “Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini Tvitter-də həll etmək istəyir”.

Nərgiz


Müəllif: