25 İyul 2015 00:55

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir.

Festival günlərində O.Əsədovun Atletlər Kəndinə gedəcəyi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşəcəyi də nəzərdə tutulur.

Səfər iyulun 27-də başa çatacaq.


Müəllif:
Загрузка...