10 İyul 2016 01:54

“Bu, iki böyük komanda arasında oyun olacaq. Biz nə edəcəyimizi bilirik. Qələbənin yollarını axtarırıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş “Avro-2016”nın finalında Fransa ilə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, rəqib haqda xoş sözlər deməklə yanaşı, iddialı çıxışı ilə də yadda qalıb:“Fransızlar Almaniya ilə görüşdə əla oyun sərgilədilər. Onlar rəqibə hörmət edərək öz oyunları oynayıb, qalib gəldilər. Bizimlə görüşdə də planları belə olacaq. Oyuna aqressiv başlayıb, bizi öz qapımıza sıxışdırmaq istəyəcəklər.

Komandamız təcrübəli və gənc futbolçuların vəhdətindən ibarətdir. Ən başlıcası, komanda özünə inanmalıdır. Fransa ilə aramızda ilk final oyunu olacaq. Əminəm ki, bu görüşdə biz tarix yazacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.


Müəllif:
Загрузка...