12 Sentyabr 17:39

17:26

Hazırda “Çelsi” və “Qarabağ” (U 19) futbol komandalarının Londonda görüşü başlayıb.

Teleqraf.com xəbər verir ki, komanda meydana baş məşqçi, “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun rəhbərliyi altında çıxıb.

Matçda birinci hissə hesab açılmadan başa çatıb. 49-cu dəqiqədə "Qarabağ"dan İbrahim Qədirzadə qırmızı vərəqə alaraq, meydanı tərk edib.

"Çelsi" 54-cü dəqiqədə Hudzon-Oddoi cərimə zərbəsindən vurduğu qolla komandasını irəli çıxarıb. 1-0.

Görüşün 63-cü dəqiqəsində Makkormik hesabı artırıb: 2-0

Makkormik oyunun 70-ci dəqiqəsində hesabı 3-0-a çatdırıb.

"Çelsi"nin yarımmüdafiəçisi Ceykob Maddoks 75-ci dəqiqədə komandasının 4-cü qolunu vurub. Braun, 80-cı dəqiqədə hesabı 5:0-a çatdırıb.

***

16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0 (İkinci hissə)

Braun, 80-cı dəqiqədə

"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu

Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri


Müəllif: Teleqraf.com