7 Dekabr 01:34
596

FİFA 2022-ci ildə keçiriləcək dünya çempionatının təşkilatçılıq hüququnu Qətərdən almağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, buna səbəb çempionatı almaq üçün Qətərin rüşvət verdiyi iddiaları olub. Bu barədə Meksikanın “Record” qəzeti xəbər yayımlayıb.

Çempionat Qətərdən alınacağı təqdirdə, ABŞ, Kanada və Meksikanın ortaq işbirliyi ilə yenidən təşkil ediləcək.

Qeyd edək ki, Qətər artıq turnirin hazırlıqlarına başlayıb, böyük və bahalı stadionlar inşa edib. (publika.az)


Müəllif: Teleqraf.com