16 Yanvar 2018 08:04
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA 2020-ci ilki super kubok üçün namizəd şəhərlərin və stadionların yekun siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, UEFA yazılı açıqlamasında ev sahibliyi üçün 9 ölkənin iddiaçı olduğunu bəyan edib.

UEFA İdarə Heyəti matça ev sahibliyi edəcək stadionun adının martın 29-da bəlli olacağını vurğulayıb.

Namizəd ölkə, şəhər və stadionlar aşağıdakılardır:

- Albaniya, Tirana, Milli Arena

- Belarus, Minsk, Dinamo

- Finlandiya, Helsinki, Helsinki Olimpiya mərkəzi

- Fransa, Naiş Allianz, Riviera

- İsrail, Haifa, Sammi Ofer

- Qazaxıstan, Almatı, Almatı Mərkəzi

- Moldova, Kişinyev, Zimbru

- Şimali İrlandiya, Belfast, Vindsor Milli Futbol Parkı

- Portuqaliya, Porto, Draqao


Müəllif: Kəmalə