24 Yanvar 2018 16:00
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:35

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılıb.

Teleqraf.com xəbər verir ki, D liqasında mübarizə aparan Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Yığmamız bu liqanın 3-cü qrupunda Farer Adaları, Malta və Kosova ilə mübarizə aparacaq.

Liqanın 1-ci qrupunda Gürcüstan, Latviya, Qazaxıstan və Andorra, 2-ci qrupunda Belarus, Lüksemburq, Moldova və San-Marino, 4-cü qrupunda isə Makedoniya, Ermənistan, Lixtenşteyn və Cəbəllütariq mübarizə aparacaq.

Qrup mərhələsinin təqvimi

I tur – 6-8 sentyabr 2018

II tur – 9-11 sentyabr 2018

III tur – 11-13 oktyabr 2018

IV tur – 14-16 oktyabr 2018

V tur – 15-17 noyabr 2018

VI tur – 18-20 noyabr 2018

***

UEFA Millətlər Liqasının püşkatma mərasimi başa çatıb.

A, B, C və D liqalarındakı bütün qrupları təqdim edirik:

A liqası

Samir Isayev adlı şəxsin şəkli.

B liqası

Samir Isayev adlı şəxsin şəkli.

C liqası

Samir Isayev adlı şəxsin şəkli.

D liqası

Samir Isayev adlı şəxsin şəkli.


Müəllif: Samir