14 Mart 2015 10:17
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyalı baş məşqçi mətbuatına açıqlamasında "şəhərlilər"ə dəstək olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Barselona" - "Mançester Siti" oyunu haqda fikirlərini bölüşüb. Bu barədə İngiltərə mətbuatına danışan portuqaliyalı mütəxəssis "şəhərlilər"ə dəstək olduğunu açıqlayıb:

"Ümid edirəm ki, "Mançester Siti" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdıracaq.

Bu, İngiltərə futbolunun qürur məsələsidi. Mən də bu ölkədə çalışıram".

İlk oyunda "Barselona" (2:1) qələbə qazanıb. Cavab oyunu martın 18-də keçiriləcək.

Rüstəm


Müəllif: