7 Aprel 2014 14:25
3 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karateçilərimizin İstanbulda keçirilən 27-ci Beynəlxalq “Boğaziçi” turnirinə qatıldıqlarını və yaxşı nəticə qazandıqları barədə məlumat vermişdik.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq turnirin qızıl medalçısı Niyazi Əliyevin “instagram”da maraqlı fotolar paylaşıb. Çempionun paylaşdığı fotolar insanları duyğulandırır.

Belə ki, idmançı Türkiyədə olduğu vaxtlarda körpəsindən uzaq qalacağını düşünərək övladının köynəyini özü ilə aparıb. Niyazi Əliyev yatarkən övladının köynəyini yastığını üstünə qoyub və şəkilini sosial şəbəkədə paylaşıb. Şəklə rəy olaraq “darıxıram” yazıb.

Bundan əlavə idmançı birincilik qazandığı zaman da körpəsinin köynəyini göstərərək “Balam da mənimlədir” yazıb.

Duyğu dolu həmin fotoları təqdim edirik:


Müəllif: Teleqraf.com