3 İyul 2015 08:57

Xaçmazın Nabran qəsəbəsində cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında beynəlxalq turnirə start verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışda Azərbaycanın 20 rayon və şəhərindən, həmçinin Rusiya, Qazaxıstan və İsveçrədən olan 300-ə yaxın idmançı mübarizə aparır.

Çempionat 3 yaş qrupunda, 8 çəki dərəcəsində keçirilir. Yarışların birinci günündə 42, 46, 50 və 55 kiloqramda olan oğlanlar və qızlar mübarizə aparıb. Turnirin ikinci günündə isə daha 4 çəki dərəcəsində görüşlər keçiriləcək. Turnirdə ilk 3 yeri tutan idmançılara diplom və medallarla yanaşı qiymətli hədiyyələr veriləcək. Qeyd edək ki, yarış iki gün davam edəcək.


Müəllif:
Загрузка...