7 İyul 2015 09:10
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın “Barselona” futbol klubu Türkiyə yığma komandasının ulduz futbolçusu Arda Turanı heyyətinə cəlb edib.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Arda ispan klubu ilə 5 illik müqavilə imzalayıb. Türk futbolçunun yeni klubunda illik gəliri 7 milyon avro göstərilir.

"Barselona" bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub.

Samir


Müəllif: