3 İyul 2014 11:43
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Azərbaycan və Gürcüstan dəmiryolu şəbəkələrini birləşdirəcək Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin inşası tamamlanmaq üzrədir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 87/100-si tamamlanan dəmiryolu xəttində bu ilin sonunlarında testlər həyata keçiriləcək. 2015-ci ilin sonunda isə BTQ dəmiryolu xəttinin tam olaraq işə düşəcəyi gözlənilir.

Layihə tamamlandıqdan sonra ilk mərhələdə illik 1 milyon sərnişin və 5.5 milyon ton yük daşınması hədəflənir. Beynəlxalq layihə olan BTQ dəmiryolu xəttinin inşasına çəkilən xərc 500 milyon dollardan çoxdur. Türkiyə ərazisindən keçən 105 kilometrlik xəttə bu ölkə 295 milyon dollar xərcləyib. Qarsla Gürcüstan sərhəddi arasındakı 76 kilometrlik hissə inşa edilib. Gürcüstan isə Azərbaycandan aldığı 200 milyon dollarlıq kreditlə Türkiyə sərhədindən Axalkələkə qədər olan təxminən 30 kilometrlik yeni bir xətt inşa edir və mövcud 160 kilometrlik dəmiryolunu da təmir etdirir. Digər tərəfdən BTQ dəmiryolu xəttinin başa çatması ilə yanaşı, Azərbaycan Qarsda bir Logistik Mərkəz inşa edəcək. Bu səbəbdən Azərbaycan Qarsda 30 hektarlıq ərazidə mərkəz tikintisini planlaşdırır. Bu mərkəzdə yüzlərlə insan işləyəcək.

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində inşası işləri gecə-gündüz fasiləsiz davam etdirilir. Azərbaycan ehtiyacı olan malları buradakı Logistik Mərkəz vasitəsilə Türkiyədən idxal etməyi düşünür. İqtisadi mənada Qarsın inkişafında ən əhəmiyyətli faktor olan BTQ dəmiryolu xətti fəaliyyətə başladığında Orta Asiyanın Xəzər üzərindən Türkiyəyə bağlanması baş tutacaq. Eyni zamanda bu dəmiryol xətti Avropa ilə Orta Asiyanı bir-birinə bağlayacaq. Qarsda inşa ediləcək Logistik Mərkəz ticarətlə yanaşı, turizmin inkişafına da gətirib çıxaracaq.

BƏXTİYAR


Müəllif: