8 Avqust 2017 01:33
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan neftinin qiyməti ötən həftənin son iş günü 53,98 dollar/barel təşkil edib ki, bu da son göstəricidən 0,48 dollar/barel azdır.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti isə 53,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 52,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.


Müəllif: Teleqraf.com