4 Oktyabr 2017 09:40
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR tabeliyində fəaliyyət göstərən iki müəssisə birləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.

Elana əsasən, SOCAR-ın “Azneft” İstehsalat Birliyi SOCAR-Ümid MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, Azneft İB Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi üzrə 16 iyun 2003-cü il tarixdə dövlət qeydiyyatına alınıb.


Müəllif: İlhamə Əbülfət