22 Noyabr 2017 19:14
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün manatın məzənnəsi və onun taleyi hamını maraqlandırır.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentdə büdcə müzakirələri zamanı bildirib.

Baş bankir qeyd edib ki, mövcud büdcə zərfində neftin qiyməti 45 dollar götürülüb: “Mən dünən də çıxışım zamanı dedim ki, siyasət bir rəqəmli inflyasiya və sabit məzənnə üzərində qurulub. Hesab edirəm ki, biz indi və gələcəkdə neftin qiymətləri ilə ehtiyatlı davranmalıyıq. Neftin qiyməti qalxanda büdcə xərclərini artırmamalı, neftin qiyməti düşəndə isə xərcləri azaltmamalıyıq”.

E.Rüstəmov əlavə edib ki, məzənnə sabitləşdirilib: “Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq siyasət aparır. İnflyasiya əhalinin gəlirləri üçün əsas problemdir. Bizim başlıca vəzifəmiz inflyasiyanı birrəqəmli saxlamaqdır. Ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Ancaq bunun müddəti azdır və üç rübu əhatə edir. Biz rahatlaşmamalıyıq. Hesab edirik ki, qarşıdan duran vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün iqtisadi blokun koordinasiyası, ciddi maliyyə intizamı vacibdir”.


Müəllif: Cavad