17 Aprel 2014 17:57

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakının Binəqədi, Yasamal, Qaradağ rayonlarında, Sumqayıt, Şəki, Ağstafa, Qazax, Neftçala, Bərdə, Quba, Xudat, Qəbələ, Tərtər şəhərlərində, eləcə də Füzuli rayonunda aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 530 kq-dan artıq saxlama müddəti ötmüş və ya normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Müəllif: