15 İyul 2015 14:31

Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.

İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların 60,4 faizini yaşa görə, 28,6 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Naibə


Müəllif:
Загрузка...