7 İyul 2014 12:03

Tanınmış ulduz müğənni Rihanna "Fourth of July" rok festivalına qeyri-adi formada gəlib.

Teleqraf.com xəbər verir ki, barbadoslu cazibədar xanım gecə paltarına oxşayan libası ilə hamının diqqətini özünə cəlb edib.

Bundan başqa Rihannanın qaranlıqda gün eynəyi taxması da maraq doğurub.

Qeyd edək ki, bu 26 yaşlı müğənni üçün ilk belə hal deyil. O indiyə qədər qatıldığı bir çox tədbirdə qeyri-adi və açıq geyimi ilə medianın hədəfinə düşüb.

Uğur


Müəllif: