23 İyun 2017 15:54
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam baxımlı türk seriallarından olan “Cəsur və gözəl” final bölümüylə son dəfə ekranlara gəlib.

Teleqraf.com xəbər verir ki, sevilən aktyor Kıvanç Tatlıtuğ və “Türkiyə gözəli” Tuba Böyüküstünün baş rolları ifa etdiyi filmin son bölümündə Cəsur seçim qarşısında qalıb.

Korhanın ölümündən sonra matəm içində boğulan bütün Korludağ kəndi Sühan Korludağın cinayətkarın əlindən qurtulmasını gözləyib.

Tahsin Korludağ qızını, Cəsur isə sevdiyi qadını itirməmək üçün anlaşmaya gəlir və nəticədə iki düşmən tərəf birləşib böyük bir güc əmələ gətirir.

Uzun mücadilədən sonra əzizləri qaçırılmış Sühanı azad edirlər. Tahsin qisasını almaq üçün qızını qaçıran Rzanı və səhvlərindən bezdiyi üçün özünü gəmidə partladır. Lakin Sühan yaşadığı stressdən dolayı az qala körpəsini itirmək qorxusu ilə qarşı-qarşıya qalır.

Film xoşbəxt sonluqla bitir. Valideyn olan cütlük körpələrini qucaqlarına alıb yeni həyata başlayırlar.


Müəllif: Könül Əlibəyli