26 İyun 2017 19:56
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Ebru Yaşar ikinci evliliyinin ildönümü biznesmen həyat yoldaşı Necat Gulsevenlə Bodrumda qeyd edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, cütlük xoş günlərində dostlarına şam yeməyi verib. Gülsevərin təşkil etdiyi mərasim atəşfəşanlıqla başlayıb.

Qrup körpü üzərində qurulan masada yemək yeyib, musiqi dinləyib.

Gecə saatlarında isə lazer işığı ilə qarşıdakı yüksəklikdə “Səni çox sevirəm”, “Ebru-Necat” sözləri diqqət cəlb edib.


Müəllif: Teleqraf.com