12 Noyabr 23:39
197

Əməkdar artist Röya Ayxan türkiyəli müğənni Yıldız Tilbənin yeni albomu üçün oxuyacaq.

Publika.az xəbər verir ki, bir müddətdir danışıqları gedən albomda türkiyəli ifaçılar Tarkan, Handə Yener, Demət Akalın, Aleyna Tilki və başqa sənətçilər Yıldız Tilbənin repertuarından mahnılar səsləndirəcəklər.

Hazırlıqlarına davam edən albomda müğənnilərin hansı mahnını ifa edəcəyi məlum olub. Səsvermə studiyasına yollanan ifaçılar arasında Əməkdar artist Röya Ayxan da var. O, albomda Yıldız Tilbənin "Ummadığım anda" mahnısını ifa edəcək. Fərqli aranjımanda təqdim ediləcək albomun yayım tarixi bəlli deyil.


Müəllif: Teleqraf.com