21 Avqust 2014 15:32

Hollivud ulduzu Meray Kerri və həyat yoldaşı Nik Kennon 6 illik evlilikdən sonra boşanmaq qərarına gəliblər.

Nik onların arasında baş verən söz-söhbətdən sonra evi tərk edərək otelə yerləşib. Kennona iki əkiz övlad dünyaya gətirən Meray xüsusi olaraq əri üçün mhafisə tutduqdan sonra onların arasında anlaşılmamazlıqlar yaranıb. İfaçı yoldaşı başqa qadınlar ilə görüşməsin deyə bu addımı atdığını deyib.

Xarici mediada dərc olunan xəbərlərdə qeyd edilir ki, Meray Niki xəyanətdə günahlandırır. İlin əvvəllərində Kennon Los Ancelesdə hovuz kənarında bir neçə parti təşkil etdikdən sonra müğənnidə şübhələr baş qaldırıb.

/anspress/


Müəllif:
Загрузка...