17 May 2016 16:09
198

Rəqqasə Fatimə Fətəliyeva Amerikadan Bakıya qayıdıb.

Teleqraf.com xəbər verir ki, rəqqasə Amerikada konsert proqramında çıxış edib: “Bu günə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan milli rəqsini layiqli şəkildə təqdim etmişəm. Bunun üçün də hər zaman qürur duymuşam. Müxtəlif ölkələrdə olsam da bu mənim Amerikaya ilk səfərim idi. Bizi orada çox gözəl qarşıladılar. Amerikada özümə yeni dostlar qazandım. Konsertə gəlincə isə hər şey çox gözəl və peşəkar şəkildə təşkil edilmişdi. Həmin konsertdə “Sarı gəlin” rəqsimlə yanaşı, daha üç rəqs nümayiş etdirdim. Çıxışım alqışlarla qarşılandı və Novruz bayramında da Amerikada keçirilən tədbirə dəvət aldım. Çıxışım gözəl qarşılandığına görə, mənə mükafat da verdilər. Bütün bunlara görə konsertin təşkilatçısı Frida xanıma təşəkkür edirəm. Gecədə sənətçi dostum Rüfət Axundovun da möhtəşəm çıxışı oldu. Onunla birgə yola çıxmaq mənim üçün xoş oldu. Amerikada gəzmək üçün az vaxt olsa da gəzə bildik”.

Rəqsanə


Müəllif: