20 İyun 2014 12:09
1 123

Rəqqasə Fatimə Fətəliyeva bir neçə gün öncə avtomobilinə basqın olunmasından danışıb.

Teleqraf.com-un məlumatına görə, “İctimai” radionunun “Şose 90” verilişinə qatılan “göyçək” ləqəbli rəqqasə başına gəlmiş hadisə barədə bu sözləri deyib:


“Bir neçə gün öncə tələbələrimlə birgə çəkilişə getmişdim. Elə həmin çəkilişdən çıxdım gördüm ki, avtomobilimə basqın ediblər, çantamı götürüblər. Bu hadisəni törədənlər hələ tutulmayıb. Amma hadisə baş verən ərazidə videokameralar var. İnanıram ki, bu hadisəni törədənlər qanun qarşısında cavab verəcəklər”.

Rəqqasə proqram zamanı avtomobil idarə etməsindən də danışıb: “ Əvvəllər maşını sürətlə sürürdüm. Amma sonralar, yəni son bir iki ildə yavaş sürürəm. Çünki hazırda sürdüyüm maşından öncə avtomobilim yolun ortasında yanaraq külə dönmüşdü. Həmin hadisədən sonra ehtiyat etməyə başlamışam. Həmdə evdə anam mənə dəfələrlə tapşırıb ki, diqqətli olum. Məndə onun dediklərinə əməl edirəm. Birdə onu deyim ki, mən tez bədnəzərə gəlirəm. Amma mənə gələn hər zaman maşınıma gəlir. Bu hardasa yaxşı bir haldır. Allah canıma dəyməsin, qalan hər şey boşdur”.

Xatırladaq ki, iyunun 16-da naməlum şəxslər F.Fətəlityevanın avtomobilinə Abdulla Şaiq küçəsindəki “Qorodok” restoranının yanında basqın ediblər. Hadisə günorta saatlarında baş verib.

Qeyd edək ki, “İctami” radioda yayımlanan “Şose 90” verilişinin aparıcıları Kamıran Quliyev və Nərgizdir.

Aysel Şirinzadə


Müəllif: