16 İyun 2017 09:31
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük reklam və marketinq şirkətlərindən biri olan Kantar Milluord Braun şirkəti hər il ənənəvi olaraq “Dünyada ən dəyərli 100 marka” hesabatını açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, tarixdə ilk dəfə ilk onluqda Çin şirkəti yer alıb.

Hesabata görə, qlobal 100 şirkətin marka dəyəri ötən ilə nisbətən 3 xal artaraq 3,6 trilyon dollar olub.

Ən dəyərli 5 qlobal şirkət isə aşağıdakılardır

1. Quql (Google). Marka dəyəri 245,6 milyard dollar olan və ötən ilə görə 7% dəyər qazanan Google, dünyanın ən dəyərli şirkəti hesab olunur.

2. Əpl (Apple). Marka dəyəri keçən ilə nisbətən 3% artaraq 235 milyard dollara yüksəlib.

3. Microsoft. Proqram təminatı üzrə dünyanın ən nəhəng şirkəti sayılan Mikrosoft-un marka dəyəri keçən ilə nisbətən 5% artaraq 143 milyard dollar olub.

4. Amazon. Ötən il marka dəyərini ən çox – 41% artıraraq 139 milyard dollara çatdıran Amazon isə siyahıda dünyanın ən dəyərli dördüncü şirkəti ünvanını qazanıb.

5. Feysbuk (Facebook). Siyahının beşinci sırasında qərarlaşan, ötən ildən 27%-lik bir artış göstərən Facebook-un marka dəyəri 130 milyard dollardır.


Müəllif: İhamə