30 İyul 2017 21:25
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rus müğənni Valeriya Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə rəqs edib.

Teleqraf.com "Baku.ws"ə istinadən xəbər verir ki, Valeriya “Jara” festivalı çərçivəsində Azərbaycan mahnısının sədaları altında səfirlə rəqs edib.

Müğənni sözügedən videonu İnstaqram hesabında yerləşdirib:

“Ağalarovların qonaqpərvər ailəsində qonaqlıqda. Əfsanəvi Polad Bülbüloğlu ilə rəqs edirik”, - deyə Valeriya videoya qeyd yazıb.


Müəllif: Teleqraf.com