5 İyul 2016 08:16

İtaliyanın TOD’s ayaqqabı brendi ölkənin əsas rəmzlərindən biri olan Kolizeyin restavrasiyasının birinci mərhələsini yekunlaşdırıb.

Təmirin nəticələri Romada xüsusi mətbuat konfransının gedişatında təqdim olunub. Tədbirdə İtaliyanın baş naziri Matteo Rentsi, ölkənin mədəniyyət naziri Dario Françeskini, layihəyə 25 milyon avro investisiya yatıran Tod's və Hogan markalarının sahibi Dieqo Della Valle iştirak ediblər. Della Vallenin vəsaitləri hesabına Kolizeyin təmiri barədə razılaşma hələ 2011-ci ilin yanvar ayında əldə edilmişdi. Hazırda restavrasiya işlərinin birinci mərhələsi başa çatıb. Birinci mərhələ məşhur antik amfiteatrın divarlarının zahiri konturunun yenilənməsi ilə bağlı idi.

İkinci mərhələdə Kolizey qarşısındakı meydanda turistlər üçün mərkəz tikiləcək. Bu mərkəz 3 il sonra istismara təhvil veriləcək. Dəyəri 18 milyon avro olan işlərin növbəti mərhələsi - Kolizeyin mərkəzi hissəsində konsert və tamaşaların keçirilməsi üçün döşəmənin çəkilməsi olacaq.


Müəllif:
Загрузка...