20 May 2016 21:15
1 265

Rusiyanın paytaxtı Moskvada dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxs iki nəfəri öldürdükdən sonra özünü güllələyib. Bununla bağlı Moskva prokurorluğu məlumat yayıb:

"Hadisə Moskvada yerləşən ticarət mərkəzlərindən birinin parkinq yerində baş verib. Hadisə yerində bir qadın və iki kişi cəsədi aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib.

1963-cü il təvəllüdlü Sergey Lyubov keçmiş həyat yoldaşı, 48 yaşlı Lyubov A.-nı və onun 31 yaşlı sevgilisini güllələyib. Sergey daha sonra əlindəki silahdan özünə atəş açıb. Hadisə yerindən cinayətdə istifadə edilən silah aşkar edilərək, götürülüb".

Faktla bağlı araşdırmalar aparılır.

Elvin


Müəllif: