21 Aprel 2017 23:50
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Şahinoğlu: “Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?”

Ermənistanın Mülki Müdafiə naziri Viqen Sərkisyan yeni ideya ilə çıxış edib. Təcavüzkar ölkənin naziri bildirib ki, könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər bir gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödəniləcək.

Erməni nazirin açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər. Onun sözlərinə görə, bunun obyektiv səbəbləri var:

“Birincisi, gənclər Ermənistanı tərk edirlər. Onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedir, ya da Qərb dövlətlərinə mühacirət edirlər. İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın əhalisi isə əksinə artır. Yaxın vaxtlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın müdafiə naziri də yeni ideyanı bu vəziyyətdən çıxış yolu kimi irəli sürüb: “Başqa sözlə, Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxın vaxtlarda parlamentdə qanun şəklində müzakirə olunacaq. Görək Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?”

Səxavət


Müəllif: Səxavət HƏMİD