26 Aprel 2017 18:25
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı təşkilatın qərargahında ABŞ-ın ölkəmizdəki səfirinin siyasi işlər üzrə müşaviri Villiam Solley və Almaniyaı səfirliyinin birinci katibi Paul Amanna ilə görüşlər keçirib.

VHP mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr, bölgədəki, o cümlədən Azərbaycandakı iqtisadi durum müzakirə edilib. Həmçinin bu ölkələrlə Azərbaycanın iqtisadi-siyasi əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri haqda söhbət aparılıb.

Diplomatlara VHP-nin fəaliyyəti, siyasi proseslərə münasibəti və ideologiyası barədə məlumat verilib.

Görüşlərdə partiya funksionerləri Felmar Ələkbərli, Samir Əsədli və Arif İsmayılbəyli də iştirak ediblər.

Nərgiz


Müəllif: