22 İyun 2017 12:47
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun son bəyanatında Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli daim Rusiya XİN-in diqqət mərkəzindədir.

Rusiya XİN rəhbəri Sergey Lavrovla fransalı həmkarı Jan-İva le Drianın görüşündə Qarabağ məsələsi ətrafında fikir mübadiləsinə toxunan Zaxarova bildirib ki, nazirlər problemi ətraflı müzakirə etməyib.


Müəllif: Samir