12 Oktyabr 10:21

Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair brifinq keçirəcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Helsinki Komissiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatlara görə, oktyabrın 18-də baş tutacaq brifinqdə ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano və Ceyms Uorlik iştirak edəcək.


Müəllif: Samir