13 Oktyabr 16:25

Türkiyəyə Avropa Birliyinə üzvlük lazım deyil.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə Avropa Birliyi ilə üzvlük məsələsində danışıqları dayandırmağa hazırdır:
“Avropa Birliyi bizi gözləməyə vadar edir. Biz səbr edirik. Əgər haqlısızsa, bəyanat yayın və bunu bitirək. Bizim sizə ehtiyacımız yoxdur”.
Türkiyə 1963-cü ildə Avropa Birliyi ilə assosiasiya razılığı imzalayıb. 1987-ci ildə isə Ankara birliyə üzvlüklə bağlı müraciət edib. Bu məsələ 2005-ci ildən müzakirəyə başlayıb və 2017-ci ilin avqustunda Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların təxriə salınması ilə bağlı qərar verilib.

Buna səbəb Türkiyədə konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum olub.


Müəllif: Samir