24 Oktyabr 2017 14:32
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında iştirak edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan çıxışı zamanı ABŞ-ı sərt tənqid edib:

“Bir şəxsi Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham edərək həbs edirsən, deyirlər ki, onun diplomatik toxunulmazlığı var və telefonunu istəyirlər. Belə şey ola bilməz. Hər terrorçu üçün TIR dolu silah göndərirsiz. Bəs siz demokratiyanın beşiyi idiz? Sizin gücünüz ancaq Ərdoğanın 13 mühafizəçisi barədə bağlı həbs qərarı çıxarmağa çatır. Biz əlimizdə olan bütün sübutları açıqlayacağıq”.

Türkiyə prezidenti İdlib əməliyyatının əhəmiyyətli hissəsinin başa çatdığını deyib və qeyd edib ki, türk ordusunun növbəti hədəfi Afrindir.


Müəllif: Samir