14 Yanvar 2018 23:53
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 13-də Cümhuriyyət Xalq Partiyasının İstanbul şəhər təşkilatının sədri seçilən Canan Kaftancıoğlu haqqında sosial şəbəkələrdəki paylaşımları ilə əlaqədar cinayət işi açılıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İstanbul şəhər baş prokurorluğu tərəfindən Camal Canpoladın yerinə seçilən Canan Kaftancıoğlu haqda istintaq başladılıb. Canan Kaftancıoğlunun Tvitter mikrobloqunda yazdığı “Təkbir səsləndirərək, öküz kəsərək demokratiya mübarizəsi aparılarmı? İnandığınız Allahınız sizin də bəlanızı versin” tviti birmənalı qarşılanmayıb. Onun bu ifadələri istintaq materiallarına daxil edilib.

Kaftancıoğlu PKK və DHKP terror təşkilatını təbliğ etmək, Türkiyə Cümhuriyyətini və rəsmi qurumlarını alçaltmaq, dövlət başçısına qarşı təhqiramiz fikirlər işlətməkdə günahlandırılır.


Müəllif: Kəmalə