16 Yanvar 2018 14:03
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

VTSİOM Araşdırma Mərkəzi Rusiyada prezident seçkiləri öncəsi keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sorğu anketinin nəticələrinə görə, vətəndaşların 74,8 faizi mart ayında keçiriləcək prezident seçkilərində Rusiya Prezidenti Vladimir Putinə səs verməyi planlaşdırır.

Sorğuya əsasən, Putindən sonra ikinci yerdə Kommunist Partiyasının prezidentliyə namizədi Pavel Qudrin gəlir.

VTSİOM Araşdırma Mərkəzinin sorğusuna görə, Rusiya seçicilərinin 7,3 faizi Kommunist Partiyasının namizədinə səs verəcək.

Üçüncü yerdə isə Liberal Demokrat Partiyasının prezidentliyə namizədi Vladimir Jirinovski gəlir. Jrinovskini respondentlərin 4,7 faizi dəstəkləyir.


Müəllif: Cavad