22 May 2018 16:10
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.


Müəllif: Mənbə/Report