27 May 2018 12:55
2 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Aleksey Kudrini Hesablama Palatasının sədri vəzifəsinə gətirib ona geniş səlahiyyətlər verməsi baş nazir Dimitri Medvedyevə ünvanlanan ciddi mesajdır.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universutetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, A.Kudrini maliyyə naziri vəzifəsindən məhz D.Medvedev prezident olarkən – 2011-ci ildə iclasda nümayişkəranə şəkildə qovmuşdu. İndi isə A.Kudrin Hesablama Palatasının sədri kimi D.Medvedyev hökumətinin fəaliyyətini yoxlayacaq:

"Beləcə Putin Medvedyevə qarşı Kudrini qoyaraq balans siyasəti yaratdı. Anlaşılan odur ki, Putin yeni hökumətdə zəif baş nazir istəyir. Umumiyyətlə, Putin güclülərə nifrət edir. Elə yaxın dostu olan Prezident Administrasiyasının sabiq rəhbəri Sergey İvanovun istefası da bununla bağlı idi. Bu həmin İvanov idi ki, KQB-də polkovnik Putinin generalı olmuşdu. Bəli, Putin KQB-nin polovniki, İvanov isə generalı olub".

Z.Əmrəliyev deyib ki, hazırda V.Putinin qarşısında daha bir güc var. Bu, "Neft çarı" adlandırılan "Rosneft"in rəhbəri İqor Seçindir:

"Putin Mixail Xodorkovskini həbsdən azad edərək zərbə vurduğu Seçini indi tamamilə məhv etmək istəyir. Kudrinin irəli çəkilməsi də bilavasitə bununla bağlıdır. Anlaşılan odur ki, Putin özünə varis kimi zəif, itaətkar bir fiquru seçəcək. Zənnimcə, bu kriteriyalara cavab verən şəxs Moskva meri Sergey Sobyanindir".


Müəllif: Səxavət Həmid