1 İyul 2016 15:01
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetnin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinə direktor təyin olunub.

ADNSU-dan Teleqraf.com-a verilən məlumata görə, əməkdar jurnalist Bəhruz Nəzərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru təyin olunub.

Bəhruz Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır. 1997-ci ildə “Space” də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri, baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb.

O eyni zamanda 2011-2012-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin, daha sonra isə Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri olub. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının doktorantıdır.

İlhamə ƏBÜLFƏT


Müəllif: