16 May 2017 11:30
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz " markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerinin yan örtüklərinin altından və salonundan 2200 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Şəfiqə Nazimqızı


Müəllif: