17 May 2017 22:14
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində Apollo və Artemiz adlı brilyantların hərracı keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, hərraca çıxarılan brilyant sırğaların rekord qiymətə satılacağı gözlənilir.

"Sothebys" muzey mərkəzində təşkil olunacaq hərracda brilyant sırğaların 70 milyon dollara alınacağı güman edilir.

Almaz suyuna salınmış, armudvari sırğalar dəst deyil, ona görə də hər birinin ayrı qiyməti var. Lakin onların cüt satılacağı elan olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: Teleqraf.com