22 May 2017 14:14
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin nümayəndə heyəti bu səfəri ilə bir daha bildirmək istəyir ki, Azərbaycan Avropa üçün dəyərli tərəfdaş, böyük maraq kəsb edən dövlətdir”.

Teleqrafın.com məlumat verir ki, bunu Bakıda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlister Milli məclisdə keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Avropa parlamenti Azərbaycanın üzləşdiyi problemlə bağlı dərin narahatlıq keçirir: “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini daim dəstəkləyir və əməkdaşlıqda buna ən yüksək qiyməti verir”.


Müəllif: Teleqraf.com